Tələbələrə viza düzəldəcəklərini vəd edən şəxslərin şikayətinə baxılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |    

Tələbələrə viza düzəldəcəklərini vəd edən şəxslərin şikayətinə baxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nadir Vəliyev və Elnur Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Vəliyev və zərərçəkmişin şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, N.Vəliyev tanışı E.Babayevlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə Turxan Təhməzovun etibarından sui-istifadə edib, 6 nəfər tələbənin xarici ölkələrdə təhsil alması üçün viza düzəldəcəyini vəd verib. Onlar həmin şəxsdən 2017-ci ildə müxtəlif vaxtlarda hisssə-hissə, ümumilikdə, 19 300 manat pul alıblar. Daha sonra N.Vəliyevlə E.Babayev verdikləri vədə əməl etməyiblər.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə N.Vəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Babayev isə 2500 manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş T.Təhməzov apellyasiya şikayəti verib, hökmün qismən ləğv edilərək məhkum N.Vəliyev barəsində daha ağır cəza təyin edilməsini, N.Vəliyev isə hökmün dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            958 23.03.19 18:13