Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz - VİDEO

Ləvəngi deyəndə, ilk ağıla gələn cənub bölgəsi olur. Xüsusən də bayramlarda cənub bölgəsində açılan süfrələrin başlıca təamı elə ləvəngidir. Təndirdə bişən ləvənginin isə dadı tamam başqadır.


Cənub mətbəxinin zəngin olması heç kəsə sirr deyil.

Novruz bayramında lənkəranlıların süfrəsini ləvəngisiz təsəvvür etmək olmaz. Ləvəngi sözünün ilkin mənası “içi doldurulmuş” deməkdir. Ləvəngi əsasən qoz, soğan və alça turşusundan ibarət qiymədir. Bu içliyə zövqə görə duz, istiot, sumax, hətta şəkər tozu vuranlar da var. Lənkəranda demək olar ki, hər evdə toyuq və ya balıq ləvəngisini bişirməyi bacarırlar.

Ləvənginin daha dadlı hazırlanma qaydasını bilən Fəridə xanım mətbəx sirrini bizimlə bölüşüb.


Burada digər vacib məsələ ləvənginin duzunun az olmasıdır. Çünki, toyuğa və balığa əvvəlcədən vurulan duz-turşu ətə tam hopsun deyə 2-3 saat saxlandıqdan sonra ləvəngiyə keçərək onun dadını bir az da şor edə bilər.

Təndirdə bişən toyuğun hazır vəziyyətə gəlməsi yarım saat çəkir. Balıq ləvəngisini təndirdə bişirmək üçün isə xüsusi dəmir torlardan istifadə olunur. Hazır olduqdan sonra ətri dörd bir yana yayılan Lənkəran ləvəngisini plovla və ya təndir çörəyi ilə yemək daha ləzzətli olur.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 403 23.03.19 13:49