Bakının bəzi rayonlarında işıq olmayacaq » Median.Az News Agency


Bakının bəzi rayonlarında işıq olmayacaq
Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə oxu.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna “Azərişıq”ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 040 22.03.19 11:16