Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |    

Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - FOTO

Ermənistanın ombudsmanı Arman Tatoyan mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı İbrahimov Elvin Arif oğlu ilə görüşüb.

“Sputnik Ermənistan”ın məlumatına görə, insident zamanı erməni hərbçilərin açdığı atəş nəticəsində ayağından yaralanan E.İbrahimov hazırda xəstəxanada müalicəsini davam etdirir.

Görüşdə həmçinin, məsələ ilə bağlı araşdırmaları aparan müstəntiq, vəkil və tərcüməçi də iştirak edib. Görüş vaxtı E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib.

A.Tatoyan qeyd edib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Ombudsman həmçinin, onun ailəsi ilə Ermənistan ərazisində təhlükəsiz görüşünün də təşkil edilməsinə hazır olduqlarını qeyd edib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 927 19.03.19 11:55