Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |     11:40 “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?  |     11:40 “iPhone”larda oyunlarla bağlı yenilik  |     11:38 Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO  |     11:37 Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO  |     11:37 Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO  |    

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO

Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V və D massivlərində yaşayan sakinlər bildiriblər ki, özlərini təqdim etməyən şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında iki manat pul istəyiblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirib ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Kommunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər.

Araşdırma zamanı məlum olub ki, həmin idarələr tərəfindən bu yaxınlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 707 11.01.19 11:44