2018-ci ildə vəzifəsini itirən məmurlar - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |    

2018-ci ildə vəzifəsini itirən məmurlar - SİYAHI

2018-ci ilin tarixə qovuşmasına qısa bir zaman qalıb. Bu il nazir postu ilə vidalaşanlar da olub.

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar Nazirlər Kabineti buraxılıb. İlham Əliyev prezident seçildikdən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər baş verib.

Belə ki, 22 il baş nazir postunda olan Artur Rasizadəni Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov əvəzləyib.

Baş nazirin müavinlərindən Abid Şərifov və Xalq yazıçısı Elçin Əfəndiyev bu dəfə vəzifələrindən kənarda qalıblar. 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunub. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovu millət vəkili Muxtar Babayev, kənd təsərrüfatı naziri Heydər Əsədovu isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov əvəzləyib.

İnam Kərimovun yerinə müavini Ülvi Mehdiyev təyinat alıb.

Sabiq təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra təhsil naziri vəzifəsi Ceyhun Bayramova tapşırılıb. 

Kadr dəyişiklikləri nazir postları ilə yekunlaşmayıb.

Belə ki,  Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovun yerinə millət vəkili Rövşən Rzayev gətirilib, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevi millət vəkili Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi isə müavini Səfər Mehdiyev əvəz edib. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yerinə millət vəkili Fuad Muradov təyinat alıb.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi olaraq iki quruma bölünüb. Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev də postunu itirib. Onu “Azərişıq” ASC-nin sədri Baba Rzayev əvəz edib.

Hacıbala Abutalıbovun postuna noyabrın 15-də Eldar Əzizov təyin edilib.

Bu il fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli sədr təyinatı alıb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 742 20.12.18 15:43