Sumqayıtda çoxsaylı oğurluqlar törədən 6 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |    

Sumqayıtda çoxsaylı oğurluqlar törədən 6 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən bu il sentyabrın 12-dən noyabrın 24-dək olan müddətdə, şəhər ərazisindəki xətt avtobusunda bir nəfərin mobil telefonunu, habelə 5 evdən kombi, su mühərriki, qızdırıcısı və məişət əşyaları oğurlayan şəhər sakini Mahir Yusifov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13-cü mikrorayon ərazisindəki binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlayan şəhər sakini Akif Musayev, 5 evin girişindən su sayğacları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il martın 6-dan noyabrın 27-dək olan müddətdə şəhər ərazisindəki 2 avtomobildən fləşkart və akkumulyator, bir evdən pul, bir nəfərə məxsus velosipedi və bir qadına məxsus mobil telefonu oğurlayan şəhər sakini Ramin Həbibullayev saxlanılıblar.

Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 416 17.12.18 11:17