Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ

Daxili İşlər Nazirliyi Bakıda, Qala qəsəbəsində VII sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-a açıqlamasında bildirib ki, artıq məsələ barədə polis əməkdaşları tərəfindən araşdırılma aparılıb:

“Ailənin yaşadığı ünvan və onların şəxsiyyətləri müəyyənləşdirilib. Xaşaxuna qəsəbəsində yaşayan VII sinif şagirdi İ.M-nın valideynləri və təhsil aldığı 216 nömrəli tam orta məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə dəvət olunublar.

Orada valideynlərlə müvafiq söhbət aparılıb. Qızın atası Nuhu Manafov uşağın dərsə getməməsini Suraxanı rayonunda yaşayan xəstə nənəsinə qulluq etməsi və yolun uzaq olması ilə izah edib.

Valideynlərə uşağın təhsildən yayındırılmasının yolverilməz olduğu deyilib və mütləq şəkildə təhsilinin davam etdirilməsi tələb olunub”.

Orxan Mansurzadə qeyd edib ki, sabahdan VII sinif şagirdinin təhsilə davamiyyəti bərpa olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 528 13.12.18 17:49