Bakıda taksilərin sayı üç dəfə azaldılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Bakıda taksilərin sayı üç dəfə azaldılacaq

Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir.

Hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bit taksi şirkətinin yaranmasını təklif edirlər.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını vurğulayıb. Onun fikrincə, bu, rəqabətli mühiti aradan qaldıracaq.

“Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir”.

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.

Hava limanı taksi konsepsiyası isə ayrı olacaq, çünki hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasının qarşısı alınmalıdır.

Bu layihə üzrə işlərə başlanılıb və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Rəsmi proqram təminatı imkan verəcək ki, bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə vətəndaşlar tərəfindən onlara ballar verilsin. Bu isə imkan verəcək ki, ictimai nəqliyyatla bağlı ictimai qınaqlara daha tez reaksiya verilsin və tədbirlər görülsün.

Unutmaq olmaz ki, taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü hesab edilir, ona görə də ciddi problemlər ortaya çıxmasın deyə, aidiyyəti qurumlar bu işləri mərhələli şəkildə həyata keçirməyə çalışırlar. Taksilərin avtobus dayanacaqlarında parklamasına gəlincə, təklif olunur ki, cərimə sistemi dəyişdirilsin.

“Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi bir dəfə cərimələyə bilərsiniz.

Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi bir ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artacaq, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            979 06.11.18 12:54