Bakıda şirkət borcu olan qadını rüsvay etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |    

Bakıda şirkət borcu olan qadını rüsvay etdi - FOTO

Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.

Şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib.

“ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb.

Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?

Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur:

“Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:

“Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”.//oxu.az



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 228 06.11.18 12:25