Xırdalanda silahlı insidentdə təqsirləndirilən 5 nəfərə prokuror cəza istəyib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:43 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Xırdalanda silahlı insidentdə təqsirləndirilən 5 nəfərə prokuror cəza istəyib - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti proses keçirilib.

Median.Az
xəbər verir ki, ötən il martın 30-na keçən gecə Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində törədilib, insident nəticəsində Valeh Nəcəfov (1970-cı il təv.) baş nahiyyəsindən güllələnərək, qətlə yetirilib. Qarın və qol nahiyyələrindən odlu silah xəsarətləri alan Qəbələ rayon sakini Xəyal Paşayev (1985-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.

Hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Müayinə zamanı ölən şəxsin əlində
"Makarov" markalı tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində şübhəli şəxs qisminə Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıblar.

Prosesdə çıxış edən dövlət ittihamçısı X.Paşayevə 20 il, K.Həsənova və B.Bayramova 19 il, A.Ruszpeykara və M.Əhmədova 14 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunmasını xahiş edib.


Növbəti proses ayın 30-na təyin edilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 097 24.10.18 12:53