Bakıda yaşayışın dəyəri hesablandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |    

Bakıda yaşayışın dəyəri hesablandı

Dünyanın nəhəng bazası olan “Numbeo” beynəlxalq portalı müxtəlif ölkələrdən olan istifadəçilərin informasiyaları əsasında Bakıda həyatın dəyərini müəyyənləşdirib.

Median.Az
xəbər verir ki, “Numbeo”nun məlumatlarına əsasən, Bakıda dörd nəfərdən ibarət ailə ay ərzində 2353 manat xərcləyir və buraya kirayə haqqı daxil deyil.

Yalnız insanlara 657 manat qazanc əldə etmək kifayətdir.

Araşdırmada göstərilir ki, Bakıda həyatın dəyəri indeksi Nyu-Yorkdan 70,10% azdır.

Bundan sonra araşdırmada müxtəlif mallar və xidmətlərin orta qiyməti açıqlanıb. Belə ki, yerli pivənin 0,5 litri təxminən 1,5 manat təşkil edir. Xaricdən gətirilən pivə isə 2,5 - 6 manat arasında dəyişir.

Südün bir litri 1,2 - 2 manat arasındadır. Düyünün qiyməti 2,28 manat, 12 ədəd yumurta isə 2,10 manatdır. Yerli istehsal olan pendirin 1 kiloqramı 5-9 manat, siqaretin bir qutusu təxminən 4 manatdır.

Nəqliyyatdan istifadə bir istiqamət üzrə 30 qəpikdir, taksi ilə gediş bir kilometrə görə 40-70 qəpik, pik saatlarda 1-3 manat arasında dəyişir.

85 kvadrat metr ərazisi olan mənzilin kommunal xidmətləri üçün təxminən 70 manat ödənilir. Şəxsi evlərdə bu rəqəm aylıq 250-600 manat təşkil edir.

Şəhərin mərkəzində kirayə evlər təxminən 525 manat, kənarlarda isə 268 manatdır.

Bakının mərkəzində yaşayış evləri bir kvadrat metrinə görə təxminən 2272 manat, kənarlarda isə 1020 manat təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 110 15.10.18 11:44