Sabunçuda ərini küt alətlə öldürən qadın ifadə verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |    

Sabunçuda ərini küt alətlə öldürən qadın ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Tünzalə Vəliyevanın (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 7-də Sabunçu qəsəbəsi, Ə.Əlizadə, 45 ünvanında Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Nazim Vəliyevin (1989-cu il təv.) başına meyvə qabını vurub. Sonuncu yerə yıxılandan sonra qadın qaz balonu ilə daha bir neçə dəfə ərinin başına zərbə endirərək, onu öldürüb. Hadisəni törədən T. Vəliyeva 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, Nazimlə Tünzalə 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşayıblar və iki övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez sərxoş vəziyyətdə evə gəlib və yoldaşını döyüb.
Bununla əlaqədar Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib. Noyabrın 7-də ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə dəfə vurub. Qeyd edək ki, hadisə vaxtı Vəliyevanın bir qolu sınıq olub. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və nəticədə qadının qolu sınıb.

Prosesdə ifadə verən T.Vəliyeva bildirib ki, hadisə günü Nazim sərxoş vəziyyətdə evə gələrək, onu və anasını döyməyə başlayıb. Anasının qolunu dişləyib, vurduğu zərbədən başından qan açılıb : "Elə bildim ki, anam öldü. Özümü itirdim, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”.

Təqsirləndirilən şəxs vurğulayıb ki, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb, yoldaşının keçindiyini görəndən sonra özü polisə məlumat verib.

Növbəti proses ayın 15-ə təyin olunub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 699 12.10.18 14:29