DİN əməkdaşları Şəmkir sakinindən külli miqdarda marixuana aşkar ediblər » Median.Az News Agency

DİN əməkdaşları Şəmkir sakinindən külli miqdarda marixuana aşkar ediblər
Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Mehman Heydərovu saxlayıblar.

Onun yaşadığı evə baxış zamanı müxtəlif sellofan paketlərdə və kibrit qutularında 7 kq.-dan artıq marixuana aşkar edilib. Bundan əlavə, evdən 1 ədəd tir tüfəngi, 1 ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




795 12.10.18 11:19