“10 BB 100 nömrəsi “Bentley”in üstündədir, o da 16 minə satmaz, qiyməti 100 mindir”- dələduzluq işi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |    

“10 BB 100 nömrəsi “Bentley”in üstündədir, o da 16 minə satmaz, qiyməti 100 mindir”- dələduzluq işi

Maşın alveri ilə məşğul olan şəxs hakim qarşısına çıxarılır. O, dələduzluqda ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Mirişovun məhkəməsi keçirilib.

Hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Məhkəmədə E.Mirişovun istintaqa ilkin ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər ortaya çıxıb.

Bu səbəbdən onun istintaqa ifadəsi elan olunub. E. Mirişov istintaqda deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib

Mirişov 10 illik dostu Emin Quliyevə cüt rəqəmlə bitən nömrə də alacaqmış:

“Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də “Mercedes Gelandevagen” istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım. Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim”.

Lakin Mirişov bu ifadə ilə razılaşmadığını deyib: “İfadənin altında mənim imzam var. Çünki müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəm üstümdə olmadığı üçün boş vərəqə qol çəkməliyəm. Mən də elə etdim”.

Məhkəmənin suallarını cavablandıran E. Mirişov deyib ki, sadəcə zərərçəkmiş kimi tanınan Emin Quliyevlə Ənvər adlı şəxs arasında vasitəçi olub.

O, maşını Türkiyədə yaşayan Ənvər adlı şəxsə göndərdiyini deyib:

“Mən də onu Eminlə tanış etdim. Onlar birgə işləyib 6 maşın gətirib satdılar. Hər maşından mənə 5 min veriləcəkdi, amma vermədilər. Sonuncu dəfə Emin “Galik” istəmişdi. Ənvər də 40 min dollar beh tələb etmişdi. Mən Eminlə bir yerdə idim, Ənvər zəng etdi ki, pulu aparıb bu adama verin. Bizə bir nömrə verdi, həmin şəxslə danışıb Nərimanov rayonunda, “Saatın yanı” deyilən yerdə görüşüb pulu tanımadığımız həmin adama verdik. Sonra da həmin şəxsə zəng çatmadı, maşın da gəlmədi. Mən Emini tapmaq üçün Türkiyəyə getdim, tapa bilmədim. Həmin vaxt Eminin ailəsi məni həbs etdirəcəkləri ilə hədələdilər, ona görə də qayıtmadım”.

Mirişov heç kimə cüt nömrə almağı söz vermədiyini də söyləyib: “Onlar mənə dedilər, maraqlanıb bildim ki, 10 BB 100 nömrəsi bir “Bentley”in üstündədir. O maşını sürən adam da 16 minə nömrə satmaz. O nömrənin qiyməti 100 mindən çoxdur”.

Məhkəmədə zərərçəkmiş tərəf vəsatət verib.

O bildirib ki, E. Mirişov barəsində Abşeron Rayon Məhkəməsində cinayət işi başlanılıb: “Bu cinayət işi istintaqa qaytarılsın və hər iki iş birləşdirilərək yenidən məhkəməyə göndərilsin”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Zərərçəkmiş Emin Quliyevin məhkəmədə iştirak etmədiyi bildirilib və proses sentyabrın 10-na təxirə salınıb.

Qeyd edək ki, Mirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.//musvat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 917 28.08.18 13:03