Bakıda oğurluğa görə 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Bakıda oğurluğa görə 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 5-də Yasamal rayonunda, ticarət mərkəzlərindən birinin geyim otağında Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanıb. Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sadiq Yusifov və CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılıblar.

Bundan başqa, Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları metal qəbulu məntəqəsindən 59 kiloqram mis qırıntları oğurlayan Bakı şəhər sakini Asif Abbasovu saxlayıblar, Səbail RPİ 39-cu polis bölməsinin əməkdaşları tərəfindən mayın 15-də Bakı şəhər sakini Z.Həşimovanın, içərisində 600 manat, qızıl üzük, gümüş qolbağ, saç feni və kosmetik əşyalar olan çantasını oğurlayan paytaxt sakini Xatirə Səlimova saxlanılıb, avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb, “QAZel” markalı avtomaşınında aparmağa cəhd göstərən Qobustan qəsəbə sakini Xudayar Hüseynov DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 809 07.08.18 17:58