Şəkidə sahibsiz it yeddi nəfəri qapdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |    

Şəkidə sahibsiz it yeddi nəfəri qapdı

Şəkinin Baş Göynük kəndində bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri sahibsiz it dişləyib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hücumlar iyunun 20-i günorta və axşam saatlarında qeydə alınıb.

Rayonun Baş Göynük kənd sakinləri olan 1945-ci il təvəllüdlü Niyazi Sadəddin oğlu Mahmudov sol əlin said nahiyəsinin, 1992-ci il təvəllüdlü Gülnaz Sərdar qızı Abdullayeva sağ sarğı nahiyəsinin, 2012-ci il təvəllüdlü Nardanə Dəyanət qızı Abdullayeva başın alın nahiyəsinin, 2014-cü il təvəllüdlü Aynur Qaçay qızı Abdullayeva başın alın nahiyəsinin, 1974-cü il təvəllüdlü Nəsimi Fərman oğlu Saatov sağ qolun və qarnının sol hissəsinin, 2012-ci il təvəllüdlü Eşqin Fərahim oğlu Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 1953-cü il təvəllüdlü Nəhayət Mustafa qızı Məmmədova sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirlib ki, Baş Göynük kənd sakinləri olan üçü azyaşlı olmaqla ümumilikdə yeddi nəfəri sahibsiz it dişləyib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 694 21.06.18 14:43