“Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın AÇIQLAMALARI – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |    

“Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın AÇIQLAMALARI – VİDEO

ARB TV-nin “Rezonans” verlişində bu dəfə Səringül Ramazanovanın həbsxana hekayələrindən bəhs olunub.

Səringül Ramazanova (cəzası 10 il) başına gələnləri danışıb. Onun sözlərinə görə, uşaq evində gözünü açıb:

"3 uşaq olmuşuq deyə imkanımız zəif olub. Atam Rusiyada işləyirdi. Atam məni götürdü, bir müddət sonra dünyasını dəyişdi. Bura düşəndən sonra isə anam ilk dəfə yanıma gəldi. Atam vəfat edəndən sonra əmimgildə qalırdım. Onlar da mənə əzab verirdi deyə oradan çıxdım. Çöllərdə böyüyüb, işlədim. İdmanla məşğul olurdum. Kafedə 3-4 gün olardı ki, işləyirdim. Bir nəfər yeyib-içib hesabı istədi.

Hesabı deyəndə başladı söyməyə. 3-4 dəfə başa salmağa çalışdım, başa düşmədi. Ata söyüşü söyəndə isə dözmədim, bıçaqladım. Boğazından şah damarından vurdum, öldü. Sonra kömək elədim, amma alınmadı. Anam yanımda olsaydı, belə olmazdı. Öz xoşluğumla törətməmişəm. Məcbur qaldım. Burada bəzi adamlara ana deyirəm. Çünki mənə dəstək olurlar. Anam və bacım üz çevirib məndən. Telefonumu açmırlar. Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox. Kaş eləməzdim. Sevgilim var idi. Amma narkotik vuran oğlan idi deyə, uzaqlaşdım. Elədiyim hərəkət üçün çox peşmanam".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 822 24.05.18 14:47