M.Mənsimov rüşvətxor məmurlara qarşı savaş başlatdı - Ona qara yaxanlar cəzalanacaqlar - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |    

M.Mənsimov rüşvətxor məmurlara qarşı savaş başlatdı - Ona qara yaxanlar cəzalanacaqlar - FOTOLAR

Mübariz Mənsimov rüşvətxor məmurlara və onların media resurslarına qarşı savaşa başladığını elan edib.

Bu barədə tanınmış iş adamı İnstagram-dakı hesabında paylaşım edib. Viktor Hüqonun sözləri ilə başlayan statusda yazılıb: “Rüşvətlə evində xanımına, qızına paltar alan məmur evində fahişə saxlayır. Çünki o pullarda bir çox kişinin əməyi vardır!”

Bu fikrin ardınca M.Mənsimov ünvanlı auditoriyaya xitabən statusu öz sözləri ilə yekunlaşdırıb: “Həqiqi kişi görmək istəyirsinizmi, haydı meydan, mən buradayam, savaş başladı”.

Göründüyü kimi, son günlər Mübariz Mənsimov personası ətrafında səngimək bilməyən qara-yaxma kampaniyası bitmədiyi üçün biznesmen öz haqq səsini ucaltmaq qərarına gəlib. Belə ki, müxtəlif dairələrin təsiri və ya himayəsi altında çalışan bəzi media qurumları ciddi cəhdlə həmyerlimizin fəaliyyətinə kölgə salmağa çalışırlar. Onun işgüzar nüfuzuna xələl gətirməyə can atırlar. Çox zaman bu hallar tutarlı faktlar olmadan həyata keçirilir və ya məlumatlar qarşı tərəfin mövqeyi nəzərə alınmadan nəşr olunur. Təəssüf ki, bu cür populist çıxışlar, hətta ciddi saydığımız mətbu orqanlarda da yer almaqdadır.

Nəticədə, Kütləvi İnformasiya Vasitələri haqda Qanunun, Mülki Məcəllənin və digər qanunvericilik aktlarının əksər müddəaları kobud şəkildə pozulur. Bu isə yolverilməzdir. Ən azı ona görə ki, çoxlarından fərqli olaraq, M.Mənsimov Azərbaycanı layiqincə təmsil edir.

Mübariz Mənsimov birinci statusunun məntiqi davamı olaraq başqa bir statusunda yazır: “Dəyərli həmyerlilərim azərbaycanlılar, həyatda hər şey ola bilər, tək yeri olmayan yalandır, başqasının haqqını yeməkdir. Allahıma çox şükür, mənə bu namussuzluğu qismət etmədi, etməz də, inşAllah. Bəylər və xanımlar, narahat olmayın. Mübariz heç bir zaman sizin kimi öz millətinə haqsızlıq etməz. Önəmli deyil haradan gəldim, önəmli deyil harada olacağam. Önəmli odur ki, mən azərbaycanlıyam”.

Milli mənsubiyyəti ilə qürur duymağı bacaran həmyerlimiz sonuncu statusunu Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasından ilham alaraq tamamlayıb: “Azərbaycanlı olmaq bir qürurdur. Allahım onu mənə qismət etdi. Mən haradan çıxdığımı, kim olduğumu çox yaxşı bilirəm. İçiniz rahat olsun, heç birinizdən qorxmuram”.//mediapress.az




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 025 14.05.18 12:10