DYP-nin reydi zamanı gərginlik: "Sən kimsənki..." - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

DYP-nin reydi zamanı gərginlik: "Sən kimsənki..." - VİDEO

Sürət həddi aşılır, yol nişanlarının tələbləri pozulur, təhlükəsizlik kəmərindən isə ümumiyyətlə istifadə olunmur. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülər mənzil başına tələsik çatmağı sanki öz həyatlarından üstün tuturlar. Necə gəldi avtomobil idarə edən sükan sahibləri yollarda vəziyyəti çətinləşdirməklə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar.

"ARB 24” Tovuzda aparılan reydi kameralarına lentə alıb.

Sürücülərdən bəziləri qaydaları pozması azmış kimi çəkiliş qrupumuza kobud şəkildə etiraz etməkdəndə çəkinmədilər. Reyd zamanı Avtomobil sahibi sərnişinləri ilə birgə əməkdaşlarımıza hücum etdi.

Sərnişin: "Sən kimsən axı icazəsiz çəkirsən?”.

Sürücü: "Hansı qaydanı pozmuşam? Yol kəsmişəm, adam öldürmüşəm? Hansı qayda? 40 maşın gedib, hansı biri qaydanı pozmayıb, kəməri taxıb? Mikrafonu da o tərəfə elə”.

Təqribən bir saat ərzində apardığımız çəkiliş zamanı 50-ə dək sürücü yol hərəkəti qaydalarını pozduğuna görə cərimələndi. Hər halda sürücünün məlumatsız olması, onun cərimələnməsi üçün ciddi səbəbdir. Amma yol polisinin də məqsədi heç də cərimələmək deyil. Siz isə cərimə olunmaq istəmirsinizsə, qaydalara əməl etməlisiniz. O qaydalara ki, sizin həyatınızın təhlükəsizlik təminatçısıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 564 19.03.18 12:52