“Bu, mənim geyim tərzimdir” – Açıq-saçıq geyimləri ilə gündəm olan Lətifə - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

“Bu, mənim geyim tərzimdir” – Açıq-saçıq geyimləri ilə gündəm olan Lətifə - VİDEO

“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqçı açıqlamalar verib.

Tez-tez geyimləri müzakirə mövzusuna çevrilən Lətifə, ətrafdakıların onunla bağlı fikirlərinə qətiyyən önəm vermədiyini açıqladı:
“Qətiyyən kənar fikirlərə önəm vermirəm. Çünki bu, mənim geyim tərzimdir. Mən bu tərzi sevirəm. İndikindən daha kilolu olanda şort geyinmirdim. Arıqlayandan sonra şort istifadə etməyə başladım. Hərçənd ki, uşaqlıqda da çox istifadə edirdim. Mənə rahatdır, mənim xoşum gəlir. Bu, mənim üçün gündəm mövzusu deyil. Burdan qapalı geyinim, qapıdan çıxandan sonra başqa-başqa işlərlə məşğul olum, bu, mənə görə deyil”.
Sosial şəbəkələrdə onu tənqid edib dişinin dibindən çıxanı deyənlərə isə müğənninin cavabı yenə də kəskin və sərt oldu:
“Mən baxanda ki, bir adam mənə tərbiyədən yazır və sən həmin adamın səhifəsinə girib geyimlərinə baxanda hər şey məlum olur. Geyimlər bir yana qalsın, onun yazdıqlarından bilirsən ki, tərbiyəsi necə ola bilər, o, hansı zehnə malik ola bilər. Buna evdə nə öyrədiblər. Burdan demək istəyirəm ki, hamı öz həyatını yaşasın, hamı öz həyatı ilə maraqlansın. Öz həyatınız daha maraqlı olar. Səhər yuxudan oyanırlar, başlayırlar başqasının həyatı ilə yaşamağa. Lazım deyil. Kiməsə baxıb, bu niyə bunu alıb, bu niyə bunu geyinib, bunun niyə evi var, kimi fikirlərə qapılmaq lazım deyil. Oturun, öz fikrinizi çəkin!”
Lətifə Soyuözlə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 469 08.03.18 16:49