Bakıda kişi evə gec gələn arvadının qarnını yardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Bakıda kişi evə gec gələn arvadının qarnını yardı

Paytaxtda qısqanclıq zəminində növbəti məişət zorakılığı qeydə alınıb

Paytaxtın Nərimanov rayonunda növbəti məişət zorakılığı qeydə alınıb, onun qurbanı isə yenə qadın olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Ötən gün saat 19:30-da İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Piriyev Səxavət Sədaqət oğlu Bakıda kirayə qaldığı mənzildə həyat yoldaşına — Hacıqabul rayon sakini, 1995-ci il təvəllüdlü Səfərova Səbinə Valeh qızına qısqanclıq zəminində bıçaq zərbəsi endirib.

Kişi bıçaqla qadının qarnını deşib. Nəticədə Səfərova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilb. Piriyev isə Nərimanov PRİ-nin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin sorğulama zamanı kişi bildirib ki, arvadının evə gec gəlməsi onu özündən çıxarıb. Bədənə ağır xəsarət yetirmə ilə bağlı cinayət işi açılıb.

Polisdən bildiriblər ki, son zamanlar paytaxtda məişət zorakılığı hallarının sayı artıb. Hüquq-mühafizə orqanları bunun səbəbini ailə dəyərlərinin mənəvi cəhətdən aşınması ilə izah edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 285 09.02.18 17:54