“35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:35 Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı  |     11:27 Ucarda narkokuryer saxlanılıb  |     11:18 Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”  |     23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |    

“35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir”

Parlamentdə şadlıq evləri tənqid edildi

Milli Məclisin iclasında şadlıq evlərinni fəaliyyəti tənqid edilib. Deputat Qüdrət Həsənquliyev xüsusilə şadlıq sarayalarındakı səsgücləndiricilərin qaydasında olmadığını deyib: “Bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu, səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Amma şadlıq evlərində səsi elə verirlər ki, fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər”.

Deputat əlavə edib ki həmçinin restoranlarda kondisionerləri söndürmürlər və adamlar toyda boynu tutulduğu üçün salonu tərk edir.
Yeməklə bağlı məsələyə toxunan Q.Həsənquliyev restoranlardakı yemək məsələsində də toxunub. “Bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir. Toya 400 nəfər dəvət olununur. 35 manatlıq balıq kababının pulu qonaqların sayına uyğun olaarq toy sahibindən alınır, amma toyun sonunda həmin kabablar 200 nəfərə verilir”.
Spiker Oqtay Əsədov da bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: O qeyd edib ki, ölkədə çox sayda bahalı şadlıq sarayları olsa da, az sayda şadlıq evi akustika normativə uyğunlaşdırılıb. “Yemək məsələsini mən bilmirəm, amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 774 01.02.18 17:29