ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.

Siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin var.

Bundan əlavə, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst və bir sıra şəxslər də "qara sıyahı"ya düşə bilər.

Dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb.

Qanun layihəsi ölkənin 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə dəyişiklik olaraq təqdim edilib. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            666 23.09.21 19:31