Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |    

Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir

Azərbaycan Ukraynanın neft və xam neft idxalında 63 faizlik paya sahib olub.

Bu, Ukrayna Dövlət Gömrük Xidmətinin statistikasında öz əksini tapıb.

Ukraynanın neft idxalında Azərbaycan 62,68 faiz payla bu dövr ərzində Ukraynaya 216,16 milyon ABŞ dolları həcmində xam neft ixrac edib.

ABŞ isə idxalın 24,08 faizini təşkil edib və bu dövrdə ölkəyə 83,05 milyon dollarlıq xam neft ixrac edib. Liviya isə 13,21 faizlik paya sahib ölkə kimi Ukraynaya 45,56 milyon dollarlıq xam neft ixracı həyata keçirib.

Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Ukrayna 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, neft və xam neft idxalını 1,7 dəfə və ya 438,33 min ton həcmində artıraraq, 1,05 milyon tona çatdırıb.

Müvafiq dövr ərzində ölkə 344,85 milyon ABŞ dolları həcmində xam neft idxal edib. Bu isə 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 9,3 faiz daha çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            645 11.11.20 15:06