Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:34 Azərbaycan gimnastı: "Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir"  |     22:25 Fəlsəfə doktoru vəfat etdi  |     22:19 Niderlandın kəşfiyyat xidmətinin keçmiş rəhbəri ölkənin Baş nazir seçilə bilər  |     22:11 825-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     22:05 Babək prospektindəki məşhur dairə ləğv edildi - Video  |     22:01 Sumqayıtda zəncirvari qəza baş verib, yaralananlar var  |     21:53 Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək  |     21:44 İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq  |     21:37 Gəncədə kafe yanıb  |     21:29 44 günlük müharibədən buna görə sağ çıxdıq - Paşinyan  |     21:24 Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb  |     21:16 Putin: Rusiya NATO-nun strateji silahlarla bağlı razılığa gəlmək istəyini görmür  |     21:11 Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal edib  |     21:07 Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb - FOTO  |     21:00 Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq  |     20:53 Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb  |     20:49 Şəmkir su anbarında batan kişinin meyiti tapılıb  |     20:36 Norveç Fələstini rəsmən tanıyıb  |     20:31 Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır  |     20:27 “YouTube” İran XİN-in kanalını bağlayıb  |    

Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, müğənnilər sosial media vasitəsilə Milli Televiziya və Radio Şurasına müraciət edərək, milli-mənəvi dəyərlərə ziyan verən verilişlərlə bağlı müvafiq ölçülərin götürülməsini istəyiblər.

Məsələ ilə bağlı oxu.az-a danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, MTRŞ şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmir.

“Müğənnilərin müraciətini görməmişəm və oxumamışam. Bizə belə müraciət çatmayıb. Şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmirik. Rəsmi şəkildə olsa, baxarıq”, - deyə Dadaşov bildirib.

Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, müğənnilər Nura Suri, Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev sosial şəbəkədə aşağıdakı fikirləri paylaşmışdılar:
“Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 214 14.09.18 13:22