Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb


Rusiyada yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəliyin yayılması qeydə alınıb.

Bu barədə "Samara" telekanalı xəbər verib.

Söhbət Malta qızdırmasından - xırdabuynuzlu heyvanların brusellyozundan gedir. Ocaq Samara şəhərinin Kuybyşev rayonundakı şəxsi təsərrüfat ərazisində aşkarlanıb. Bununla əlaqədar regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, onların gətirilməsi və aparılması (kəsim üçün aparılma istisna olmaqla), inventarın gətirilməsi, keçi və qoyunların sağılması, onların südündən pendir hazırlanması qadağan edilib.

Qeyd edək ki, xəstəlik ət, süd və pendir kimi yetərincə emal edilməmiş məhsulların istehlakı zamanı insanlara ötürülür. Yoluxmuş heyvanla təmas vasitəsilə də yoluxma mümkündür. Xəstəliyin xroniki formasında artrit, hepatit, yaddaş və hərəkətlərin koordinasiyasının pozulması, eləcə də digər ciddi ağırlaşmalar yarana bilər.

Brusellyoz başqa cür Malta, Kipr, Cəbəllütariq qızdırması, eləcə də Banq xəstəliyi adlanır. İnkubasiya dövrü bir həftədən beş aya qədər davam edə bilər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 28.05.24 11:24