Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:53 Azərbaycanda pensiyaçıların sayı açıqlandı | 19:48 Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı | 19:40 Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO | 19:35 "Qələbə" dairəsində yenilik - VİDEO | 19:26 Gürcüstandan maşın gətirmək üçün əlavə 300 manat verəcəksiniz | 19:21 Günəşdə güclü partlayış oldu | 19:13 Könül Xasıyeva “pub”da səhnəyə çıxdı - VİDEO | 19:06 Bakının sıxlıq olan yolları - SİYAHI | 18:55 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib | 18:54 Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün! | 18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal edib

28.05.2024 21:11 3 144
Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal edib
2024-cü ilin əvvəlindən mayın 26-dək Rusiya ən çox almanı Serbiya (30,9 min ton), Azərbaycan (28,4 min ton)və Çindən (15,2 min ton) idxal edib. Ümumilikdə, bu ilin əvvəlindən ölkəyə 178,3 min ton alma tədarük edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 615,08 min ton, 2023-cü ildə isə 417,03 min ton alma idxal edilib. Belə ki, 2022-ci ildə Rusiyaya almanın əsas tədarükçüləri Serbiya (99,6 min ton), Türkiyə (89,5 min ton), Azərbaycan (77,2 min ton) və Belarus (73,06 min ton) olub.

2023-cü ildə isə ən çox alma Belarusdan (79,7 min ton), Azərbaycandan (79,2 min ton), Serbiyadan (47,1 min ton) və Türkiyədən (40,9 min ton) idxal edilib.

Son xəbərlər