Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkündür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkündür

“Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır”.

Median.Az
-ın Baku.ws-ə istinadən xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşündə deyib.

Onun sözlərinə görə, beynəlxalq və daxili miqrasiya prosesləri qaçqın və məcburi köçkünlərlə birbaşa əlaqəlidir. Tahir Budaqov qeyd edib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatlar nəzərə alınması vacib məsələlərdəndir.

Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanmasından sonra yaranıb. Komitə sədri münaqişə nəticəsində öz tarixi torpaqlarından məcburi didərgin düşən vətəndaşlarımızın daim dövlət qayğısı ilə əhatə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində hər il böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Tahir Budaqov 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib.

O deyib ki, qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar əhalinin siyahıyaalınması zamanı da əldə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 06.09.19 21:50