Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.
Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 3-cü dərəcəli dövlət müşaviridir.