Ən yaxşı biznesmenlər mükafatlandırılacaq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Ən yaxşı biznesmenlər mükafatlandırılacaq - VİDEO

Bakıda Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "İlin ən yaxşı biznesmenlərinin mükafatlandırılması" tədbiri baş tutacaq.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, tədbirdən əvvəl təşkilatçı komitə olan Sərhəd Ticarət və Sənaye Palatası tərəfindən mətbuat konfransı keçirilib.

Konfransda çıxış edənlər bildiriblər ki, keçiriləcək tədbirin əsas məqsədi Pakistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması və hər iki ölkəyə investorların cəlb edilməsidir. O da qeyd olunub ki, Azərbaycan və Pakistan arasındakı siyasi və hərbi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi əlaqələr o dərəcədə inkişaf etməyib. Bu səbəbdən, belə tədbirlərin tez-tez keçirilməsi daha yaxşı olardı.
Qeyd edək ki, mükafatlandırma sentyabrın 5-i baş tutacaq.

Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand bildirib: "Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinin güclü olmamasına səbəb geosiyasi vəziyyət deyil. Əgər Azərbaycandan tırlar çıxsa, Pakistana cəmi 4-5 günə gəlib çatar. Azərbaycan həmçinin Avropaya açılan qapıdır. Pakistanlı biznesmenlər Azərbaycana ən çox əczaçılıq, mərmər, qranit sahələrində investisiya qoymaq istəyirlər".

Sərhəd Ticarət və Sənaye Palatasının rəhbəri Muhammad Faizi isə deyib: "Xeybər Paktunva neft və qaz şəhəridir. Eyni zamanda bu şəhərdə bal və tikinti sektoru da inkişaf edib. Bizim sahibkarları gətirməkdə məqsədimiz Azərbaycan və azərbaycan insanı ilə tanış olmaq, görüşlər keçirməkdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 355 05.09.19 20:01