Azərbaycan QH sədrliyini Venesueladan təhvil almağa hazırlaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan QH sədrliyini Venesueladan təhvil almağa hazırlaşır

Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti nazirinin müavini Ruben Dario Molinanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə müzakirə edilən əsas mövzu Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrliyi və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək QH-nin Zirvə Toplantısı çərçivəsində Azərbaycanın bu təşkilata sədrliyin Venesueladan təhvil alması məsələsi olub.

Həmçinin 2016-cı ildə imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu"nun müddəalarına uyğun olaraq məsləhətləşmələr çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 365 04.09.19 20:40