Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, "Haşdi Şaabi" silahlı qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İrana hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb.