Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Todd Volterslə görüşəcək.
Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
V.Gerasimovun, həmçinin Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.
Mayın əvvəlində bu vəzifəyə təyin olunmuş T.Volters V.Gerasimovla iyunun 3-də telefon danışığı aparıb.
“İnterfaks”ın məlumatına görə, V.Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.
Qeyd edək ki, bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq.