XİN: Ermənistanın 43-cü sessiyada iştirak üçün əlavə təhlükəsizlik zəmanəti istəməsi tədbirdən yayınmaqdan başqa bir şey deyil » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

XİN: Ermənistanın 43-cü sessiyada iştirak üçün əlavə təhlükəsizlik zəmanəti istəməsi tədbirdən yayınmaqdan başqa bir şey deyil

43-cü sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və YUNESKO arasında müvafiq saziş imzalanıb.

Median.Az
xəbər verir ki, bunu Trend-ə YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair suala cavab olaraq XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb:

"Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən YUNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.

Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə YUNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 119 03.07.19 19:29