Deputatlar sabah nəyi müzakirə edəcəklər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |    

Deputatlar sabah nəyi müzakirə edəcəklər?

Milli Məclisin (MM) fevralın 19-da növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 27 məsələ daxil edilib.

Əvvəlcə MM-in Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında məsələyə baxılacaq.

Təklif olunan dəyişikliyə əsasən, adıçəkilən komitənin iki üzvü Adil Əliyev və Rauf Əliyev komitədən çıxarılacaq, onların yerinə Elşən Musayev, Cavid Osmanov və Rəşad Əliyev seçiləcəklər.

İclasda eyni zamanda, həm parlamentdə, həm cəmiyyətdə geniş müzakirələrə səbəb olan “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri sonuncu - III oxunuşda müzakirə olunacaq və qəbul ediləcək.

Qeyd edək ki, “Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsində dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib. Qanun layihəsinə əsasən, Azərbaycan prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.

Bununla yanaşı, Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin, səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Eyni zamanda, himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

İclasda yeni - I oxunuşda müzakirə ediləcək qanun layihəsi var ki, bu da “Telekommunikasiya haqqında” qanunvericilik aktıdır.

Həmin qanun layihəsinə əsasən, ölkədə telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar.

Yəni bununla bağlı Cinayət Məcəlləsinə yeni – 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunur ki, ona əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İclasda ölkə prezidenti İlham Əliyev imzası ilə parlamentə daxil olan “Əmək pensiyaları haqqında” qanuna da vacib dəyişiklik ediləcək. Yəni ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq. Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq.

Dəyişikliklər qəbul olunduqdan sonra - martın 1-dən qüvvəyə minəcək.

İclasda “Kitabxana işi haqqında” (III oxunuş), “Dövlət rüsumu haqqında” (III oxunuş), “Patent haqqında” (III oxunuş), “Üzümçülük və şərabçılıq haqqında”, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna və digər qanunlara, o cümlədən, Əmək, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirə ediləcək.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 868 18.02.19 12:18