Siyavuş Novruzov: İmkanlı adamlar siyasi partiya alır, ortaya çıxarmaq üçün məqam gözləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |    

Siyavuş Novruzov: İmkanlı adamlar siyasi partiya alır, ortaya çıxarmaq üçün məqam gözləyir

“Siyasi partiyalar haqqında” qanuna ciddi dəyişikliklər edilməlidir.

Düzdür, müxtəlif dövrlərdə zaman-zaman bu qanuna dəyişikliklər edilib, həmin dəyişikliklər həyata keçirilib, icra olunub, amma bununla belə, yeni dəyişikliklərə ehtiyac var.

Bunu oxu.az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili hesab edir ki, mövcud qanuna iki əsas dəyişiklik edilməlidir ki, bunlardan biri maliyyə hesabatı verməyən, həmçinin, hesabat verib, ancaq hesabında maliyyənin olmadığını iddia edən partiyalarla bağlı məsələdir:

“Bu gün Azərbaycanda qeydiyyatdan keçən və qeydiyyatdan keçməyən xeyli sayda partiya var.

Çoxlarının da yalnız adı var, nə işlə məşğul olduqları bilinmir, heç bir fəaliyyətləri yoxdur. Ona görə bütün partiyalar öz mövcudluqlarını təsdiqləmək istəyirlərsə, ilk növbədə maliyyə hesabatlarını verməlidirlər.

Yəni, hesabat verməyən partiyalar hesabatını verməlidir və onların hər biri yoxlanılmalıdır ki, qaranlıq məqamlar qalmasın.

Xarici kəşfiyyatdan, ayrı-ayrı dövlətlərdən onlara başqa ad altında vəsait daxil olub, olmayıb, bu məsələ tam aydınlaşdırılmalıdır.

Çünki bu vəsaitlər nəticə etibarı ilə Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı, ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş vəsaitlərdir.

Onun üçün də qeyd olunub ki, hər bir partiya həm ictimaiyyət, həm də aidiyyəti struktur qarşısında hesabat versinlər.

Bir sıra partiyalar var ki, bu hesabatı vermir, bir sıra partiyalar da fəaliyyət göstərməsinə baxmayaraq, hesabatında heç bir vəsait göstərmir, guya bunlar ictimai əsaslarla, pulsuz-filansız fəaliyyət göstəriblər.

Halbuki oradan əməkhaqqı da alırlar, digər bütün təminatlarını da həll edirlər”.

S. Novruzovun dediyinə görə, dəyişikliyi zəruri edən ikinci bir məsələ isə partiyaların fəaliyyəti ilə bağlıdır.

“Bəzən görürsən ki, partiyalar hərdən alqı-satqı obyektinə çevrilir.

Onlarla belə fakt göstərə bilərəm ki, kimsə vaxtında partiya yaradıb, qeydiyyatdan keçirib, sonra onu imkanlı bir adama möhürü, adı ilə satıb.

Həmin imkanlı adam da partiyanı özü üçün saxlayır və məqam gözləyir ki, onu ortaya çıxarsın və desin ki, bu da artıq partiya sədridir, bunun da siyasi təşkilatı var, bu da siyasi liderdir və sairə və ilaxır.

Yəni, məqsədi odir ki, özünün çirkin əməllərini həmin o partiya pərdəsi arxasında gizlətməyə çalışsın.

Ancaq dünyada belə bir praktika var, hər hansı partiya iki il müddətinə fəaliyyət göstərmirsə, seçkidə iştirak etmirsə, alternativ layihələr vermirsə, xalqla dövlət arasında müvafiq rol oynamırsa, onun qeydiyyatı ləğv olunur.

Bu, Avropanın aparıcı dövlətlərinin hər birində var və indi biz də bunu artıq qanunvericiliyimizə salmalıyıq.

Yəni, müəyyənləşsin ki, o, partiyadır, yoxsa, nədir, onun funksiyası nədən ibarətdir...

Görürsən ki, kimsə bir bəyanat yazır, amma altında iyirmi partiya qol çəkir.

Halbuki onlardan 18-nin heç birinin fəaliyyəti yoxdur və cəmiyyətdə tanımır. Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var.

Amma görürsən ki, haçansa qeydiyyatdan keçib. O baxımdan, bu məsələlərin tənzimlənməsinə ehtiyac var.

Hesab edirəm, qanunvericilikdə bunu da tənzimləməliyik”, - deyə, S. Novruzov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 450 16.02.19 13:57