Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı rekord həddə çatdı  |     22:54 Sumqayıtda 22 minlik “Prius” dələduzluğu  |     22:46 Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:39 Bu ərazilərdə qaz olmayacaq  |     22:32 Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb, axtarış elan olunub  |     22:25 Martın 10-da hansı günün dərsləri keçiriləcək?  |     22:23 Azərbaycan mədəniyyəti bu dəfə "Netflix"də - VİDEO  |     22:16 Azərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər  |     22:01 Alena Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib - FOTO  |     21:32 Nazirlik Rəna Soltanovanı cərimələdi - Klinikasında qəfil yoxlama  |     21:21 Bitkoinin qiyməti 90 min dolları keçib  |     21:12 Sürücülərə XƏBƏRDARLIQ: "Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər"  |     21:05 Bakıda 17 yaşlı qız 18 gündür itkin düşdü  |     21:00 Dərs günlərinin yeri dəyişdirildi  |     20:55 "Azpetrol"da avtomobilin qaz balonu partladı - VİDEO (YENİLƏNİB)  |     20:48 Nardaranda 20 yaşlı oğlan intihar etdi  |     20:41 "8 Mart" günü hava necə olacaq?  |     20:36 “Lukoil” yanacaqdoldurma məntəqəsində firıldaqçılıqla rastlaşmışam" - Deputat  |     20:29 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək  |     20:24 Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər  |    

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 646 17.12.18 19:01