Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.