Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

"Forbes" jurnalı: Azərbaycan böyük mərkəzə çevrilir - VİDEO

16.03.2018 23:29 4 554
Amerikanın "Forbes" nəşri internet səhifəsində Azərbaycanın da böyük töhfələr verdiyi Böyük ipək Yolunun əhəmiyyəti ilə bağlı məqalə yerləşdirilib. Median.az xezerxeber.az-a istinadən bildirir ki, "5 Yeni ipək yolu layihəsi dünyanın necə işlədiyi barədə fikirlərinizi dəyişəcək" adlı məqalədə qeyd olunur ki, tarixi ipək yolu Avropa və Asiyanı birləşdirən və keçdiyi bütün ölkələrin iqtisadi inkişafına böyük təkan verəcək.

Belə ki, dünya əhalisinin 65 faizi, enerji resurslarının 75 faiz və dünyada istehsal olunan ümum daxili məhsulun 40 faizi Avrasiya regionunun payına düşür. İpək yolu Çindən Avropanın ən ucqar nöqtələrinə qədər daşınmaları həyata keçirəcək dünyanın ən önəmli iqtisadi və siyası koridoru adlandırılıb.

Böyük İpək yolunu üzərində olan Yunanıstanın Piraus limanının rolu xüsusilə qabardılır. Çinlilər tərəfindən alınan bu liman genişləndirilib və bundan sonra Asiyadan gələn konteynerlərin həcmində 70 faiz artım müşahidə olunduğu qeyd olunub.

Məqalədə Böyük İpək yolunun quruda ən böyük terminalı hesab edilən Qazaxıstan və Çin sərhəddində yerləşən Korqos quru limanından da bəhs edilib. Səhmlərinin 49 faizi Çinə məxsus olan bu limanın qısa zaman ərzində yüksək texnologiyalarla genişləndiriləcəyi, iş adamlarının bura vizasız girişinin təmin ediləcəyi və bizneslə heç bir maneə olmadan məşğul ola biləcəyi bildirilir. Bunları etmək üçün isə artıq Çindən 200 min insanın bu nəhəng limanın böyüdülməsinə cəlb ediləcəyi planlaşdırılır. Korqos limanı şərqdən ipək yolunun qapısı hesab olunur.

Əlbətdə ki, bütün layihələrin içərisində Azərbaycanın da önəmi böyükdür. Çünki şərqdən gələcək bütün mallar, məhsullar məhz Azərbaycanın Ələt limanı vasitəsilə və Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Avropaya daşınacaq. Bu isə Azərbaycanın təkcə regionda deyil, eləcə də dünyada əhəmiyyətinin daha da artacağından xəbər verir.

Son xəbərlər