Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:29 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     14:28 Lənkəranda 68 yaşlı kişi özünü tövlədə ASDI  |     14:25 Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA (VİDEO)  |     14:19 Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verildi - FOTO  |     14:11 Bakıda filmlərdə gördüyümüz adam oğurluğu - Aeroportdan qaçırıblar  |     14:08 Gəncədə 18 yaşlı qadın bıçaqlandı - onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu (YENİLƏNİB)  |     23:01 Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb  |     22:56 Şəkidə qəza baş verib, xəsarət alanlar var  |     22:50 Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı  |     22:43 Yuxuda əncir görmək nəyə işarədir?  |     22:37 25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı  |     22:31 Rayon sakinini aldadıb pulunu alan qadın tutuldu  |     22:25 Bu pəhrizlər diabet riskini artırır  |     22:20 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     22:13 Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)  |     22:08 Verilişi bağlanan Amil Xəlilin yeni işi  |     22:01 İradə Zeynalova səfir təyin edildi  |     21:56 Astronomlar Marsda qəribə struktur tapdı - Bu, planetdə həyatın əlaməti ola bilər  |     21:50 İnstitut direktoru vəfat etdi  |     21:43 Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib  |    

Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi

Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimidörd min köçkün ailəsi yeni evlərə köçürüləcək

"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb".

APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov nəzərə çatdırıb ki, keçən il 2300 ailə - 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.

Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə. Həsənov bir daha diqqətə çatdırıb ki, dövlət başçısının da, ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: "Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.

Ə. Həsənov baş nazirin müavini, YAP sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 418 13.03.18 23:56