Təklif edirəm ki, Bakının Qaradağ rayonun adı dəyişdirilərək, ulu öndər Heydər Əliyevin adı verilsin.
Bunu Milli Məclisdə "Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.
O, bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub:
"Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın”.//anews.az