Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzrxahlığını ifadə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO  |     22:55 Türkiyənin Kocaeli vilayətində yaşayış binasında güclü partlayış olub, 10 nəfər yaralanıb  |     22:38 Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB  |     21:37 Daha 24 cənazə Azərbaycana gətirilir  |     21:04 Rusiyalı jurnalist Ukraynada müharibədə həlak olub  |     20:39 Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər  |     20:19 Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq eksperti cəlb edib  |     19:57 DYP küləkli hava ilə bağlı müraciət edib  |     18:41 Azərbaycan futbolunda rekord göstərici  |     18:18 Rəsmi Bakı: "Suriyada vətəndaşlarımızın dəqiq sayının müəyyən edilməsi istiqamətində işlər aparılır"  |     17:40 Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır  |     17:25 Kürdəmirdə erkən nikahın qarşısı alınıb  |     17:10 Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzrxahlığını ifadə etdi  |     17:08 Gürcüstanda güclü zəlzələ olub, təkanlar Ermənistanda da hiss edilib  |     16:33 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     15:17 Abşeronda evdən 10 000 manatlıq oğurluq: Kirayədə qalan şəxs tutuldu  |     14:56 Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO  |     14:39 "Kanal-11"in rəhbəri Teymur Kərimova hökm oxunub  |     14:37 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:35 Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı  |    

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzrxahlığını ifadə etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 28.12.24 17:10