Prezidentin köməkçisi Azərbaycanın COP29-a ev sahibliyini tənqid edənlərə tutarlı cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Prezidentin köməkçisi Azərbaycanın COP29-a ev sahibliyini tənqid edənlərə tutarlı cavab verib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən səsləndirilən "Azərbaycan neft ölkəsi kimi COP29 keçirə bilməz" fikrini şərh edib.

"Report" xəbər verir ki, Prezidentinin köməkçisi COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, ümumiyyətlə 29 COP keçirilib. Burada İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub.

"Məsələnin digər tərəfi də budur ki, ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada yenə də ucuz xarakterli populist elementləri görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan müzakirələr aparmaq", - Prezidentin köməkçisi qeyd edib.

O əlavə edib ki, bu günə qədər COP-a ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacaqları, kömür istehsalçılarıdır:

"Bizdən əvvəl Avropa ölkələri bu tədbirə ev sahibliyi ediblər. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP, həmçinin, Böyük Britaniyada, Qlazqoda keçirilmişdi. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar qaldırmaq deyil, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 12.11.24 12:41