Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir

İqlim dəyişikliyi kimi qlobal məsələlərin Cənubi Qafqazda müzakirə olunması çox mühümdür.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

O, COP29-un Azərbaycanda keçirilməsinin Gürcüstan və bütövlükdə region üçün də vacib hadisə olduğunu vurğulayıb:

“Mən ilk növbədə qardaş və dost Azərbaycanı beynəlxalq səviyyəli tədbirə ev sahibliyi münasibətilə təbrik edirəm. Bu tədbirin Bakıda təşkil olunması həm Cənubi Qafqaz, həm də Azərbaycanın özü üçün olduqca əhəmiyyətlidir. COP29-un Azərbaycanda keçirilməsi Gürcüstan üçün də vacib və sevindirici hadisədir”.

N.Samxaradzenin sözlərinə görə, COP29-un keçiriləcəyi ölkə statusunun əldə edilməsi Azərbaycanın bütün dünyada böyük nüfuza malik olmasının göstəricisidir:

“Biz bu konfransın Bakıda təşkil olunacağına çox sevinirik. Ötən həftə Gürcüstanda parlament seçkiləri keçirildi. Yaxın günlərdə parlament yeni tərkibdə toplanacaq və biz Azərbaycanla əlaqələrin genişləndirilməsini diqqət mərkəzində saxlayacağıq.

Əminəm ki, qarşıdakı dörd ildə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri daha da dərinləşəcək. İqlim dəyişikliyi qlobal problemdir və Qafqaz regionuna da təsirsiz ötüşmür. Biz də parlamentarilər olaraq, bu məsələləri davamlı müzakirə edəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 02.11.24 19:49