Mojo.az Banner
17:20 Türkiyəli aktyor Doğukan Güngör və sosial media fenomeni Ceyda Ersoyun narkotik testinin nəticələri məlum oldu  |     17:10 Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı  |     16:55 Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı - FOTO  |     16:44 İnterpolla axtarılan 82 nəfərin yeri müəyyən edilib  |     16:24 Bakıda DƏHŞƏTLİ HADİSƏ - İki nəfər yanaraq öldü  |     15:25 Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib  |     15:11 Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb  |     14:59 Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər  |     14:58 Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO  |     13:50 Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb  |     13:42 Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı  |     13:37 Şənbə günü hava yağmursuz keçəcək  |     13:34 Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü  |     13:22 Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər  |     13:07 Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı  |     13:00 Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq  |     12:47 Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var  |     12:41 Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar  |     12:33 Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal-qara oğurladı - Məhkəmə işi  |     12:10 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |    
Left Banner
Right Banner

Leyla Əliyeva Sumqayıtda "Ülviyyət" adlı tədbirdə iştirak edib - FOTO

28.10.2024 19:51 1 542
Leyla Əliyeva Sumqayıtda
Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ülviyyət" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.

Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib.

Bundan əlavə, şəhid övladlarından ibarət "Zəfər sədası" xor qrupunun ifasında səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.

Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.








скачать dle 11.3