Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:50 "Qaziantep" - "Qalatasaray" oyununu idarə edən hakim kafeyə buraxılmadı  |     11:49 Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik edib - FOTO  |     11:44 Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək  |     11:38 "Qumar kralı" Şəkili Yusif həbs edildi  |     11:32 İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ  |     11:26 2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?  |     11:18 Bakıda tanınmış yazıçının meyiti tapıldı  |     23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |    

Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır

Rusiya “3+3” formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, sözügedən platforma regionda ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir.

"Rusiya XİN başçısı Sergey Lavrov oktyabrın 17-18-də "3+3" platformasının üçüncü iclasında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək. Bu platforma Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük", - o bildirib.

M.Zaxarova əlavə edib ki, tədbir çərçivəsində S.Lavrov həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 16.10.24 20:19