Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

ECO "yaşıl keçid"lə bağlı Azərbaycanın irəli sürdüyü addımlara dəstək verəcək

26.09.2024 11:59 1 560
ECO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və ECO arasında gündəlikdə duran əməkdaşlıq məsələlərinə, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.

Ceyhun Bayramov Azərbaycanın ECO ilə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanın təşkilat çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə hər zaman hazır və maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

İqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün prioritet istiqamətlərdən olduğu qeyd edilib.

Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin və bu vasitə ilə regionda ortaq iqtisadi inkişafa töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

ECO-nun fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğun olaraq, regiondaxili və regionlararası ticarətin genişləndirilməsinin önəmi bir daha vurğulanıb.

Qarşı tərəf cari regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı durumu barədə məlumatlandırılıb.

Əsəd Məcid Xan Azərbaycanın təşkilatın fəaliyyətində aktiv və məhsuldar iştirakının yüksək qiymətləndirildiyini, ölkəmizin ECO-ya üzv dövlətlər üçün etibarlı tərəfdaş hesab olunduğunu diqqətə çatdırıb.

Baş katib ECO-nun yaşıl və təmiz ətraf mühitə keçid ideyasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülmüş addım və təşəbbüslərin həyata keçirilməsinə müvafiq dəstək verməyə hazır olduqlarını bildirib.

Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib, bu ildə birgə mümkün tədbirlər barədə ideyalar səslənib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner