Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Bakıdan Berlinin iddialarına - Sərt cavab

25.09.2024 22:24 1 857
Rəsmi Bakıdan Berlinin iddialarına - Sərt cavab
"Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. "Dağlıq Qarabağ” adlı heç bir bölgə və ya qurum yoxdur”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "X” platformasında Almaniya XİN-ə cavabında bildirib.

XİN rəsmisi diqqətə çatdırıb ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb.
Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb:

"Bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub və Azərbaycan tərəfi onları bunu etməkdən çəkindirib. Bəli, indi sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından təkcə sözdə deyil, həm də əməldə əl çəkəcək”. 

Qeyd edək ki, Almaniya XİN-in "X” səhifəsində yayılan paylaşımda deyilir ki, bir il əvvəl "Dağlıq Qarabağ” növbəti dəfə hərbi qarşıdurma səhnəsinə çevrildi.
 Minlərlə insan evlərini tərk edərək Ermənistana üz tutub. O vaxtdan bəri Ermənistan və Azərbaycan davamlı olaraq yanaşı yaşamaq üçün çalışıb və sülh danışıqlarına başlayıb.

Son xəbərlər