Mojo.az Banner
22:09 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq  |     22:09 Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir? - Video  |     21:44 Universitet müəllimi vəfat edib - FOTO  |     21:43 "Beniz"in işində şahid məcburi məhkəməyə gətiriləcək  |     21:43 Bakıda 6 avtomobildən oğurluq edildi  |     21:41 Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı  |     20:48 Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək  |     20:43 Qubada istirahət mərkəzi su altında qaldı - Video  |     20:37 Qəbələdə yanğın oldu  |     20:29 "Telegram" bir həftəlik bloklandı - Hindistanda  |     20:24 Sabah 35° isti olacaq  |     20:15 Filippindəki zəlzələdə ölənlərin sayı artdı  |     20:10 Ölkəyə və ölkədən pul köçürmələrinin məbləği açıqlandı  |     20:02 Aqil Şərifova hökm oxundu  |     19:57 Azərbaycanda mal əti istehsalı 20 faizdən çox artırılacaq  |     19:49 Qanunsuz balıq ovlayanlara cinayət işi açıldı  |     19:43 Bəzi sürücülər bu yolda 40 manat cərimələnirlər - Video  |     19:35 Narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - Video  |     19:30 Cəlilabadda heyvanlar kütləvi şəkildə tələf olub - SƏBƏB (VİDEO)  |     19:23 888 mindən çox adam sosial müavinət və təqaüd alıb  |    
Left Banner
Right Banner

Paşinyanın Bakıya gələcəyinə inanmıram - MÜSAHİBƏ

04.09.2024 19:39 858
Paşinyanın Bakıya gələcəyinə inanmıram - MÜSAHİBƏ
Onunla müsahibəni təqdim edirik:
 
- Elmar müəllim, Nikol Paşinyan avqustun 31-də verdiyi açıqlamada COP29-a görə Bakıya gəlmək barədə açıq danışmadı. Ermənistan Baş naziri Bakıya gələ bilərmi?

- Paşinyanın COP29 konfransı çərçivəsində Bakıya gələcəyinə inanmıram. Nazir və ya nazir müavini səviyyəsində heyət göndərə bilər. Lakin özünün gələcəyinə inanmıram. Çünki daxili problemlər var. O, məsələlərə bir az ehtiyatla yanaşır. Revanşistlər, daşnaklar, erməni kilsəsi, eləcə də xaricdəki diaspor onun Bakıya səfərini həzm etməyəcək. Amma COP29 olsun, görək nələr baş verəcək. Mənim təxminlərimə görə, Paşinyan ehtiyat edəcək və Bakıya gəlməyəcək.

- Ermənistan Baş naziri kommunikasiyaların açılmasına şərait yaratmağa hazır olduğunu bildirib. Lakin kommunikasiyaların Ermənistanın suverenliyinə uyğunluğunun vacib olduğunu deyib. Çox güman ki, o, yollara nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Rəsmi Bakı bununla razılaşa bilərmi?

- Sual olunur ki, Ermənistan bu yolu açmağı həqiqətən, istəyir ya yox. Bunu istəsəydi, heç olmasa hansısa  addımlar atardı. Allahın Avropa İttifaqı bəyanat verib ki, biz ora sərmayə qoymağa hazırıq. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi 42 kilometrdir. Heç olmasa bu məsələni büdcəyə salsınlar. Ya da ən azından məsələni müzakirəyə çıxarsınlar. Bunu da etmirlər. Burada ikinci məsələ ondan ibarətdir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda 9-cu maddə təhlükəsizliklə bağlıdır. Mənim yadımdadır ki, atam işləyəndə tez-tez qatarla Naxçıvana gedirdim. Ermənistandan keçəndə iki nəfər sərhədçi qatara minir və bütün yolu bizimlə gedirdi. Gömrük məsələsi də unudulmamalıdır. Cürbəcür variantlar var. Məsələn, Rusiya Kalininqrada yükləri Litva vasitəsilələ göndərir. Vaxtilə gürcülər Abxaziyadan gələn dəmiryolunu bərpa etmək üçün özəl şirkətlə danışmışdılar. Yaxşı, yüklər daşındı, bəs sərnişinlərin də gediş-gəliş məsələsi var. O vaxt Naxçıvana gedən qatarlara ermənilər daş atır, pəncərələri sındırırdılar. Bu məsələ də ciddidir. Variantlar var. Amma xoş niyyət olmalıdır. Onların xoş niyyəti yoxdur axı, şəxsən mən hiss etmirəm. Halva-halva deməklə ağız şirin olmaz. Danışırlar, amma ortada hərəkət yoxdur.
 
- Ermənistanın ədliyyə naziri Konstitusiyaya dəyişikliklə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bildirib. Halbuki, bu məsələ Azərbaycanın Ermənistan qarşısında sülh üçün qoyduğu şərtlərdən biridir. Belə olan halda sülh müqaviləsinin imzalanması gecikəcəkmi?
- Konstitusiya hüququnda iki yol var. Bu yollardan biri ABŞ yoludur. 200 ildən çoxdur amerikanlar Konstitusiyanı dəyişmirlər. Əlavə və düzəlişlər edirlər. Yəni mətnə toxunulmur. İkinci yol da var. Hər ölkə yeni mərhələyə çatanda fikirləşir ki, inkişafın yeni mərhələsi yarandığı üçün köhnəlmiş mətni təzələyək. Konstitusiya dəyişilmədən sülh müqaviləsinin imzalanmasının da yolu var. 17 məsələdən 13-ü razılaşdırılıb. Ən ciddi məsələlərin razılaşdırılması qalıb. Paraformaya gedilə bilər. Lakin nə vaxtsa, dəyişiklik olacaq.
 
- Paşinyanın Minsk qrupunun ləğvi ilə bağlı çıxışını necə dəyərləndirirsiniz?
 
- Bu çıxışında Paşinyan şərt qoydu. O dedi ki, sülh sazişi imzalanandan sonra Minsk qrupu ləğv edilsin. Lakin Minsk qrupu onsuz da fəaliyyət göstərmir. Paşinyanın bu məsələdəki sözlərində məntiq yoxdur. Minsk qrupu heç kimə lazım olmayan qurumdur. Əgər belədirsə, niyə Paşinyan bunu sülh sazişi ilə əlaqələndirir?
 
- Azərbaycan BRİKS-ə qoşulmaq ərəfəsindədir. BRİKS siyasi və iqtisadi baxımdan bizə nə verəcək?
 
- BRİKS-də Rusiya və Çin kimi güclü ölkələr var. Türkiyə də artıq ora qoşulmaq istəyir. İqtisadi baxımdan bu təşkilat böyük bazardır. Ona qoşulmaq Azərbaycan iqtisadiyyatı üçün önəmli addımdır. İnanmıram ki, BRİKS-ə qoşulmaq Azərbaycanın Avropa partnyorları ilə münasibətlərinə mənfi təsir göstərəcək. Avropa istər-istəməz müəyyən narazılıqlar edir. Ya Avropa İttifaqına qoşularaq, onların dedikləri ilə oturub-durmalısan. Amma inanmıram ki, Avropa İttifaqında bizi kimsə gözləyir. Bu heç real da səslənmir. Amma Azərbaycan Avropa İttifaqının bazarından istifadə edir.
 
- Ermənistan müəyyən dövlətlər tərəfindən silahlandırılır. Hər sentyabr ayında onlar müəyyən provakasiyalara gedirlər. Bu dəfə də yeni silahlı münaqişə ola bilərmi?
 
- Ermənistan 44 günlük müharibə və 2023-cü ildəki antiterror əməliyyatından sonra xeyli silah itirib. İrəvanın silah arsenalında boşluq yaranıb. Ukrayna ilə müharibə apardıqlarından Rusiya silahlarını sata bilmir. Ona görə də Ermənistan silah almaq üçün ölkələr axtardı. Fransa və Hindistan kimi ölkələrdən silah təmin etdilər. Amma yenbi müharibənin başlamasına inanmıram.скачать dle 11.3
Mojo.az Banner